17:43 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
CƏMİYYƏT
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
6601

"Ümumiyyətlə, kiminsə qaytarılması ilə bağlı qərarı Beynəlxalq Qızıl Xaç Komitəsi deyil, münaqişə tərəfləri verir".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 23 noyabr — Sputnik. "Beynəlxalq Qızıl Xaç Komitəsi (BXQK) əlaqədar qurumlarla mümkün qədər tez bir zamanda Amin MusayevBayram Kərimova baş çəkmək üçün dialoq aparır". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova deyib.

"Ümumiyyətlə, kiminsə qaytarılması ilə bağlı qərarı Beynəlxalq Qızıl Xaç Komitəsi deyil, münaqişə tərəfləri verir. Silahlı münaqişə tərəflərindən biri kimisə qaytarmaq niyyətində olanda, qaytarılan şəxs özü razılıq verdikdə və digər tərəf onu qəbul etməyə razılaşdıqda BQXK neytral vasitəçi kimi o əməliyyatın həyata keçirilməsində iştirak edir. BQXK-nın belə bir əməliyyatın vaxtına heç bir təsiri yoxdur", - deyə İlahə Hüseynova bildirib.

Qeyd edək ki, əsgər Amin Musayev və Bayram Kərimov Şuşa döyüşlərində yaralanaraq ermənilərə əsir düşüblər.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
Teqlər:
BQXK, hərbi əsirlər, Ermənistan, Azərbaycan

Əsas mövzular