06:05 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
1110

"Əziz ağdamlılar, siz artıq qaçqın deyilsiniz. Siz doğma dədə-baba torpaqlarına qayıdacaqsınız", - dövlət başçısı qeyd edib.

BAKI, 20 noyabr — Sputnik. "Əziz həmvətənlər, mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm! Bütün ağdamlıları ürəkdən təbrik edirəm".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində deyib.

"Əziz ağdamlılar, siz artıq qaçqın deyilsiniz. Siz doğma dədə-baba torpaqlarına qayıdacaqsınız", - dövlət başçısı qeyd edib.

Qeyd edək ki, bu gün xalqa müraciətində Prezident İlham Əliyev Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyini bəyan edib.

Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdi.

 

Əsas mövzular