07:46 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
19 0 0

Xarici ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş subbakalavr diplomlarının tanınması ilə xaricdə bu təhsili almış vətəndaşlarımızın, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsillərini ölkəmizdə növbəti pillələrdə davam etdirmək imkanları yaranacaq

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 noyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Təhsil haqqında" qanuna dəyişikliyə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, qanun layihəsi barədə üçüncü oxunuşda Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev danışıb. O bildirib ki, qanunun müvafiq maddələrinə "xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası" anlayışının daxil edilməsi, eyni zamanda, "xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)" ifadəsinin "xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması" ifadəsi ilə əvəz edilməsi təklif olunur. Bu dəyişiklik nəticəsində ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdiriləcək, tanınan sənədlərin əhatə dairəsi genişləndirilərək ali təhsilə aid olan və ya ali təhsilə qəbul olunmaq imkanı verən subbakalavr diplomlarının da tanınma imkanı və proseduru yaradılacaq.

Komitə sədri qeyd edib ki, xarici ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş subbakalavr diplomlarının tanınması ilə xaricdə bu təhsili almış vətəndaşlarımızın, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsillərini ölkəmizdə növbəti pillələrdə davam etdirmək imkanları yaranacaq.

Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda təsdiq edilib.

Əsas mövzular