19:26 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (767)
77 0 0

"Ermənistan tərəfindən atılmış raket nəticəsində evlər dağılıb, hadisə yerindən çox-çox uzaqlarda yerləşən beşmərtəbəli binalar da zərər görüb"

BAKI, 17 oktyabr — Sputnik. "Raketlər insanların sıx yaşadığı əraziyə atılıb. Yaralananlar çoxdur". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov düşmənin Gəncəni atəşə tutması ilə bağlı verdiyi açıqlamada deyib. Nazir bildirib ki, Ermənistan tərəfindən atılmış raket nəticəsində evlər dağılıb, hadisə yerindən çox-çox uzaqlarda yerləşən beşmərtəbəli binalar da zərər görüb.

O bildirib ki, hücum nəticəsində yaralılar da var: "Düşmənin istifadə etdiyi raket dinc insanları hədəfə almamalı idi. Dağıntılar arasında qalan əhalinin xilasetmə işləri, demək olar ki, yekunlaşmaq üzrədir. Son axtarışlar gedir. Daha sonra Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən əhaliyə dəyən ziyanın hesablanmasına başanılacaq. Gəncədə və düşmən hücumuna məruz qalan digər ərazilərimizdə dağıdılan binaların yerinə inşa ediləcək yeni binaların layihələrinin hazırlanmasına başlanılacaq".

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (767)

Əlaqədar

Gəncə hadisəsinin məsuliyyəti Ermənistana çox ağır olacaq - Baş prokuror
Gəncəyə SCUD atması Ermənistan rəhbərliyinin şizofreniya düşüncəsini göstərir - Hacıyev
Gəncədə həlak olanların və yaralananların sayı artıb
Baş prokuror və Fövqəladə Hallar naziri Gəncədə hadisə yerindədir
FHN: Gəncədə axtarış-xilasetmə əməliyyatı davam edir - FOTOLAR
Teqlər:
FHN, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, erməni təxribatı, Gəncə

Əsas mövzular