03:26 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
239 0 0

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev elə bu gün bu barədə müvafiq struktur bölmələrə tapşırıqlar verib.

BAKI, 16 oktyabr — Sputnik. İstilik mövsümünə tez başlanılarsa, müvafiq qurumlar hazırlıqlı olmalıdır. Azərbaycan Respublikası Energetika Nazirliyindən “Azəriqaz” İstehsalat Birliyinə daxil olan rəsmi məktubda belə qeyd edilir. "Azəriqaz" İB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, məhdudiyyətlərin tətbiq olunması və müəyyən qadağaların sərtləşdiriləcəyi nəzərə alınarsa, vətəndaşların fərdi yaşayış evləri və mənzillərində daha çox olacağı qaçılmazdır. Ona görə də istilik mövsümünə daha tez başlanılmasına qərar verilərsə, əhalinin istilik təchizatında çətinliklərin yaranmaması üçün mövsümə hazırlıqla bağlı müvafiq tədbirlərin sürətləndirilməsinə zərurət yarana bilər.

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev elə bu gün bu barədə müvafiq struktur bölmələrə tapşırıqlar verib. Belə ki, istilik mövsümünə tez başlanılacağı təqdirdə “Azəristiliktəchizat” ASC-nin balansında olan mərkəzləşdirilmiş qazanxanaları qazla təmin edən qaz xətlərinin saz vəziyyətdə olmasına nəzarət gücləndiriləcək, qarşılıqlı olaraq sifarişçi təşkilatla iş fəaliyyəti qurulacaq. Aşkarlanan qüsurlar isə dərhal aradan qaldırılacaq. Birlik öz öhdəsinə düşən işlərin vaxtında, operativ həllinə tam təminat verir.

 

Əsas mövzular