CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tələbələrin təhsil haqqı dövlət tərəfindən ödəniləcək

© AFP 2023 / Jerome FavreСтуденты во время сдачи экзамена
Студенты во время сдачи экзамена - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil naziri: "Oktyabrın sonu, noyabrın əvvəli 12 min tələbə üçün yenidən təhsil haqqı ödənişi ediləcək"

BAKI, 16 oktyabr — Sputnik. "Sosial həssas qrupdan olan tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı qərar var". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Təhsil naziri Emin Əmrullayev bildirib.

O qeyd edib ki, 15 mindən çox tələbənin təhsil xərclərinin maliyyələşdirilməsi nəzərdə tutulur:

"Keçən semestr 15 mindən çox tələbənin təhsil haqları üçün ödənişlər edilib. Oktyabrın sonu, noyabrın əvvəli 12 min tələbə üçün yenidən təhsil haqqı ödənişi ediləcək. Bu il birinci kursa qəbul olan tələbələrə də müraciətlər əsasında müvafiq qaydada ödəniş edilməsi nəzərdə tutulub. Bu qayda ilə bu semestr 15 mindən çox tələbənin maliyyələşdirilməsini nəzərdə tuturuq. Təbii ki, ən əsası tələbələrin cəbhədən zəfərlə geri dönmələridir".

Xəbər lenti
0