08:08 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
76 0 0

Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabinetinin qərarı ilə ölkə üzrə təhsilin noyabr ayının 2-dək dayandırılması ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib.

BAKI, 16 oktyabr — Sputnik. Təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin qərarı ilə ölkə üzrə təhsilin noyabr ayının 2-dək dayandırılması ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, nazir bildirib ki, cəbhəyanı bölgələrdə Ermənistan Silahlı Qüvvələrinin dinc əhaliyə və təhsil müəssisələrinə hücumları həmin bölgələrdə təhsilin dayandırılmasına səbəb olub:

"Ermənistan Silahlı Qüvvələri tərəfindən 27 sentyabr tarixindən Azərbaycanın bir çox bölgələrində təhsil müəssisələrinə və mülki əhaliyə qarşı kifayət qədər aqressiv hücumlar qeydə alınıb. Bu vəziyyət cəbhə xəttindəki məktəblərə təsirsiz ötüşməyib, 40-a qədər məktəbə zərər dəyib, bəziləri raket atəşinə məruz qalıb. 1221 təhsil müəssisəsi öz fəaliyyətini distant təhsilə keçirib. 3 şagirdimiz həlak olub, 15 şagird xəsarət alıb. Əks hücum əməliyyatları ilə buna ordumuz layiqli cavabını verir. Azərbaycanın hər bir məktəbində, hər bir təhsil müəssisəsində təhsil bərpa ediləcək. Bu bizim xalqımız üçün tarixi əhəmiyyət daşıyan dövrüdür".

Nazir qeyd edib ki, payızın gəlməsi və məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı koronovirusa yoluxma ilə bağlı təhlükə də artmaqdadır:

"Təhsil müəssisələrinin tətil elan edilməsini də bununla əlaqələndirirəm. Bildiyiniz kimi nazirlik məktəblərdə yoluxma ilə bağlı ictimaiyyətə mütəmadi məlumat verirdi. Həmin rəqəmlər bizə imkan verirdi ki, biz məsələni diqqətdə saxlayaq. Son günlər ərzində 10-15 məktəbi bağlamaq məcbuiriyyətindəydik. Yoluxmanın 500-ü keçməsi bir neçə təhsil müəssisəsinin bağlanmasına gətirib çıxarda bilərdi. Biz inanırıq ki, bu iki həftə ərzində yoluxma zəncirinin qırılmasına nail ola biləcəyik. Noyabrın 2-dən başlayaraq bu və digər formada təhsili davam etdirəcəyik".

Əsas mövzular