05:57 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
62 0 0

Koronavirusa yoluxmuş aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə Azərbaycanda bir sıra məhdudiyyətlər tətbiq ediləcək.

BAKI, 16 oktyabr — Sputnik. Sanitar-epidemioloji vəziyyət, koronavirusa yoluxmuş aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə Azərbaycanda bir sıra məhdudiyyətlər tətbiq ediləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah vətəndaşlara çağırış edib:

"Bir daha vətəndaşlarımızı COVID-19 ilə bağlı hazırkı vəziyyətdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara ciddi əməl etməyə, qoruyucu maskalardan istifadə etməyə, evdən yalnız zəruri ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud karantin şərtlərinə əməl etməyə çağırırıq. Onu da qeyd edək ki, Milli Ordumuzun Ermənistanın təcavüzünə qarşı uğurlu əks-hücum əməliyyatları apardığı zamanda hər birimiz virusun geniş yayılmaması üçün müvafiq qaydalara riayət etməklə dövlətimizə, ordumuza dəstək vermiş olarıq".

Əlaqədar

Azərbaycan məktəblərində tətil elan edildi - Rəsmi
Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır
Nazirlər Kabineti 65 yaşdan yuxarı şəxslərin evdən çıxmamasını tövsiyə edir
Nazirlər Kabineti məktəb və bağçaların taleyi barədə qərarını açıqladı

Əsas mövzular