08:16 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
7110

Bakı şəhərinin Baş Planı çərçivəsində əhali artımı ssenariləri üzrə hesablama nəticələrinin ən yüksək həddi əsas götürülüb

BAKI, 9 oktyabr — Sputnik. Bakı şəhərinin 2040-cı ilə olan əhali proqnozunun verilməsi üçün ümumilikdə yeddi fərqli ssenari üzərində təhlil aparılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Bakı şəhərinin 2040-cı il üçün nəzərdə tutulan baş planında məlumat dərc olunub.

Qeyd olunub ki, müxtəlif riyazi modellər və fərqli hesablama yanaşmalarının tətbiqi ilə aparılmış təhlillərə görə, hesabat dövrü üçün şəhər əhalisi 2,88 – 3,17 milyon nəfər arasında dəyişəcək.

Bakı şəhərinin Baş Planı çərçivəsində əhali artımı ssenariləri üzrə hesablama nəticələrinin ən yüksək həddi əsas götürülüb və 2040-cı ilə qədər şəhər əhalisinin 3,17 milyon nəfər təşkil edəcəyi qəbul edilib.

Teqlər:
say, əhali, Bakı

Əsas mövzular