02:23 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
21 0 0

Bakı Nəqliyyat Agentliyi: "Sərnişin axını nəzərə alınmaqla, əvvəlcədən müəyyən olunmuş məntəqələrdə əməkdaşlarımız sürücülərin və sərnişinlərin tibbi maskadan istifadəsinə nəzarəti daha da artırıb"

BAKI, 8 oktyabr — Sputnik. "Cəbhədə uğurlu əks-hücum əməliyyyatı aparan şanlı Ordumuza, eyni zamanda daxildə gizli düşmənə - COVID-19 infeksiyasına qarşı mübarizə aparan fədakar həkimlərimizə dəstək olmaq üçün bu günlərdə arxa cəbhədə olan bizlərdən daha məsuliyyətli olmaq tələb olunur".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, hər birimiz üçün həssas olan bu günlərdə çalışmalıyıq ki, əlavə resurslar cəlb etmədən hər iki istiqamətdə qələbə qazanaq:

"Ölkəmizdə koronavirus infeksiyasına qarşı sistemli mübarizə tədbirləri həyata keçirilir. Dövlət tərəfindən tətbiq edilən profilaktik və preventiv tədbirlər sayəsində son vaxtlar koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. Son günlər aparılan müşahidələr onu göstərir ki, hələ də bəzi sərnişinlər avtobusda, nəqliyyat mübadilə mərkəzlərində və dayanacaqlarda qoruyucu tibbi maskadan istifadə etmirlər və bu da yoluxma halları riskini artırır.

Bu baxımdan, avtobuslarda sürücülərin və sərnişinlərin tibbi maskadan istifadə qaydalarına riayət etməsi üçün tərəfimizdən əlavə tədbirlər həyata keçirilməkdədir. Sərnişin axını nəzərə alınmaqla, əvvəlcədən müəyyən olunmuş məntəqələrdə əməkdaşlarımız tərəfindən sürücülərin və sərnişinlərin tibbi maskadan istifadəsinə nəzarət daha da artırılıb. Həmçinin, sərnişinlərlə maarifləndirmə xarakterli söhbətlər aparılır və maskadan istifadənin vacibliyi bir daha onların diqqətinə çatdırılır. Tibbi maskadan istifadənin mütləq olduğunu nəzərə alaraq, bir daha sərnişinlərə bu məsələlərə anlayışla, sosial məsuliyyət mövqeyindən yanaşmağı tövsiyə edirik".

Əsas mövzular