03:23 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
29 0 0

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini parlamentdə keçirdiyi brifinqdə COVID-19-a görə vətəndaşları ehtiyatlı olmağa çağırıb

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 oktyabr — Sputnik. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov parlamentdə keçirdiyi brifinqdə COVID-19-a görə vətəndaşları ehtiyatlı olmağa çağırıb.

Sputnik Azərbaycan xəbər verir ki, komitə sədrinin müavini bildirib ki, payız aylarında pandemik alovlanma olarsa, Azərbaycan buna hazırdır: "Lakin mütləq şəkildə sosial məsafə qorunmalı, maska taxılmalıdır. Bu gün sadəcə ordu sıralarında olan səhiyyəçilər deyil, ölkəmizin özəl müəssisələrində çalışan səhiyyə işçiləri də ön cəbhədə öz işlərini görməyə davam edirlər. Xəstəlik artdığı zaman isə insan resursları bu istiqamətə yönəlir. Ona görə də insanlar COVID-19-a görə özlərini qorumalıdırlar".

"Hazırda koronavirusa görə ölkədə sabitlikdir. Mən Operativ Qərargahın üzvü kimi bütün Azərbaycan əhalisindən xahiş edirəm ki, koronavirus barədə ehtiyatlı olsun, qaydalara riayət etsin. Bunu ən çox Azərbaycan əsgəri, Ordumuz üçün etsin", - deyə o əlavə edib.

Əsas mövzular