02:56 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
53 0 0

Emin Əmrullayev: Ordumuz qısa müddətdə torpaqlarımızı işğaldan azad edəcək və həmin ərazilərdə tədris bərpa olunacaq.

BAKI, 30 sentyabr — Sputnik. Azərbaycanda 420 məktəb öz fəaliyyətini müvəqqəti məhdudlaşdırıb və dayandırıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında danışıb.

O qeyd edib ki, ordumuz qısa müddətdə torpaqlarımızı işğaldan azad edəcək və həmin ərazilərdə tədris bərpa olunacaq.

Nazirin sözlərinə görə, düşmən zərbələri nəticəsində 9 məktəb zədə alıb, 2 şagird dünyasını dəyişib, 1 müəllim yaralanıb.

E.Əmirullayev həmçinin bildirib ki, hər gün Operativ Qərargahdan yoluxan şəxslərin FİN nömrəsi göndərilir, bunun vasitəsilə hansı şagird və müəllimlərin yoluxması müəyyən olunur.

Onun sözlərinə görə, eyni zamanda, prosesin vaxtında aparılması üçün 300-dən çox "Məktəblinin dostu" və 700-dən çox könüllü şagirdlərin hərarətini ölçür: "Siniflərdə nəzarət həyata keçirilir, müəllim və ya şagirdlərdə hərarət artanda, dərsdən çıxarılır".

Nazir vurğulayıb ki, bu günə qədər 387 şagirdin, 23 müəllimin hərarəti 37 dərəcədən çox olub. Dərsdən təcrid edilən 78 şagird və 2 işçi heyəti olub. Bu günə qədər koronavirusa yoluxan şagirdlərin sayı 210 nəfər olub.

Onun sözlərinə görə, məktəblərdə kütləvi şəkildə yoluxma olmayıb: "Yəni yoluxan şagird olanda bir neçə şagirdin yoluxması olmayıb. Virus hazırda məktəbdən evə yox, evdən məktəbə gedir. Bir sinifdə kütləvi yoluxma olmayıb. Müəllimlər arasında isə Qubada bir kənddə 8 müəllim yoluxub. Bu məktəb distant təhsilə keçirilib. Ümumilikdə 19 sinif, bir məktəb distant təhsilə keçirilib. 14 gün bitdiyi üçün gələn həftə bəzi siniflər distant təhsildən çıxacaq. Yoluxan şagirdlərlə təmasda olan şagirdlərin sayı 612, yoluxan heyət sayı 59, təmasda olan heyət sayı 76 olub".

Əsas mövzular