CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Toyla yasın fərqi "olar-olmaz" məsələsində gündəmə gəldi

© AFP 2023 / MENAHEM KAHANAНевеста в свадебном платье, фото из архива
Невеста в свадебном платье, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Toylara icazə verildiyi halda öncə şadlıq sarayları ilə maarifləndirmə tədbirlərinə start verəcəyik. Bununla bağlı, yəqin ki, pandemiya dövründə şadlıq saraylarının necə fəaliyyət göstərəcəyi də müəyyənləşəcək və nəzarət mexanizmləri də olacaq" - AQTA rəsmisi

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 25 sentyabr — Sputnik. "Şadlıq sarayları da ictimai-iaşə obyekti hesab edildiyindən AQTA-nın nəzarət etdiyi sahələrdən biridir.  Bilirsiz ki, hələlik əksər şadlıq sarayları toy üçün olmasa da, restoran şəklində vətəndaşlara xidmət göstərir. Bu səbəbdən artıq bu dövrdə şadlıq sarayları ilə ünsiyyət qurmuşuq. Bu səbəbdən restoran, kafe, şadlıq saraylarının rəhbərləri nəzarət mexanizmindən xəbərdardılar. Bu da imkan verir ki, toylara icazə verildiyi halda, həmin tələblərə daha rahat yerinə yetirilsin".

Sputnik Azərbaycan-ın xəbərinə görə, pandemiya şəraitində mehmanxanalarda, eləcə də kafe və restoranlarda xidmətin təşkili ilə bağlı həyata keçirilən nəzarət tədbirləri haqda Azərbaycan Qida Təhlükəsziliyi Agentliyinin sədr müşaviri Elxan Mikayılov deyib.

AQTA rəsmisi bildirib ki, artıq bunula bağlı hüquqi təlimatlar da hazırdır, şadlıq sarayları ilə görüşlər də təşkil olunur: "Toylara icazə verildiyi halda öncə şadlıq sarayları ilə maarifləndirmə tədbirlərinə start verəcəyik. Bununla bağlı, yəqin ki, pandemiya dövründə şadlıq saraylarının necə fəaliyyət göstərəcəyi də müəyyənləşəcək və nəzarət mexanizmləri də olacaq".

Qurum rəsmisi açıq havada restoranların fəaliyyətinə icazə verildiyi halda, yas mərasimlərinin keçirilməsinə icazənin olmamasına da aydınlıq gətirib: "Bildiyiniz kimi, açıq havada da yığışmaqla bağlı müəyyən say məhdudiyyəti var. Tələblər ictimai-iaşə obyektlərinin açıq səmada təşkil olunan əraizlərinə də şamil edilir. Yaslara gəldikdə isə, onlar yalnız masa arxasında oturmur, uzun müddət bir-birlərini görməyən şəxslər görüşüb təmas qururlar. Bu da yoluxma riski baxımdan yüksək qiymətləndirilir. Lakin eyni masa arxasında bir-birini tanımayan şəxslər əyləşdikdə bu risk olmur".

Xəbər lenti
0