07:20 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
400 0 0

121 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyən Naidə İsayeva sonuncu dəfə sentyabrın 15-də məktəbdə olub

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 17 sentyabr — Sputnik. Bakıda intihar hadisəsi baş verib. Sputnik Azərbaycan-ın "Report"a istinadən xəbərinə görə, hadisə sentyabrın 16-da paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Naidə İsayeva çoxmərtəbəli binadan özünü ataraq intihar edib. Məlumata görə, N.İsayeva 121 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi olub.

121 nömrəli tam orta məktəbdən Sputnik Azərbaycan-a faktı təsdiqləyiblər. Məktəbdən bildiriblər ki, N.İsayeva sentyabrın 16-da özünü Nərimanov rayonunda yaşadığı binadan aşağı atıb.

"Biz bu barədə bir söz deyə bilmərik. Bircə onu deyə bilərik ki, məktəbin ən yaxşı müəllimlərindən olub. Bizə zəng edib bildirdi ki, özünü narahat hiss etdiyi üçün işə gələ bilməyəcək. Naidə İsayeva sentyabrın 15-də məktəbdə olub. Nə hadisə baş veribsə, ailəsində olub", - deyə məktəbdən bildiriblər.

Məktəbdən N.İsayevanın subay olduğu qeyd edilib.

Əsas mövzular