10:47 01 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
18 0 0

Azərbaycanın ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı məyusluğunun biz də paylaşırıq. İşğalın illərdir davam etməsi, təcavüzkarın mükafatlandırılması anlamına da gəlir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 16 sentyabr — Sputnik. Bu gün Türkiyə və Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıqdan da yüksək, bir qardaşlıq münasibətləridir. Türkiyənin Azərbaycana birbaşa yatırımlarının həcmi 11 milyard dollar, Azərbaycanın isə Türkiyəyə birbaşa yatırımlarının həcmi 20 milyard dollardır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri" adlı vebinarda Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıran bildirib.

Yavuz Səlim Kıran xatırladıb ki, Türkiyə neft-qaz sektorundan başqa digər bütün sahələrdə Azərbaycana ən çox investisiya yatıran ölkədir:

"Azərbaycan isə Türkiyənin enerji sektoruna ən çox vəsait yatıran ölkədir. Bundan əlavə, Azərbaycan tərəfi Türkiyədə inşaat, turizm, qida sektoruna aktiv şəkildə investisiya yatırır. Azərbaycan və Türkiyənin həyata keçirdiyi qlobal enerji layihələri nəinki regionun, hətta Avrasiya məkanının enerji təhlükəsizliyinə öz töhfəsini verir. Xarici İşlər nazirinin müavini Türkiyə-Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlığı yeni inkişaf mərhələsi yaşayır. Bundan əlavə, ölkələr beynəlxalq təşkilatlar və qurumlarda ortaq hərəkət edir, bir-birini dəstəkləyir, mövqelərini qoruyurlar".

Türkiyə Xarici İşlər nazirinin müavini vurğulayıb ki, hazırda işğalçı Ermənistanın qarşısında güclü bir Azərbaycan var: "Biz Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həllini tapması üçün Türkiyənin qərarlı dəstəyi davam edəcək. Ermənistan BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarlarını yerinə yetirməli və dərhal işğal altında olan Azərbaycan torpaqlarından çıxmalıdır. Azərbaycanın ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı məyusluğunu biz də paylaşırıq. İşğalın illərdir davam etməsi təcavüzkarın mükafatlandırılması anlamına da gəlir. İyulun 12-də Azərbaycanın Tovuz bölgəsinə hücum etməsi Ermənistanın regionda rifahı istəmədiyini bir daha göstərir. Ermənistanın hücumları qarşısında bütün dünya gördü ki, Türkiyə Cümhuriyyəti olaraq Azərbaycana güclü dəstək veririk".

Əlaqədar

Nazir müavini anons etdi – Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedə biləcəyik
Alper Karacaoğlu türk əsgərlərinə göstərilən hörmət və ehtirama görə təşəkkür etdi - FOTO
Azərbaycan və Türkiyə şahinləri Gəncə üzərində bayraqlarımızı dalğalandırdılar - VİDEO
Türkiyə səfiri: "Azərbaycanın Türkiyəni dəstəkləməsi Ankaraya güc verir"
"Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir"
Teqlər:
döyüş, Tovuz, müdafiə, investisiya, dəstək, Azərbaycan, Türkiyә

Əsas mövzular