16:09 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
12110

Dekabrın 10-dan fevralın 1-dək sənəd qəbulu olur. Namizədlər Nobel Sülh Mükafatının ekspert qrupuna göndərilir. Sentyabrın sonu, oktyabrın əvvəlində nəticələr elan olunur

BAKI, 9 sentyabr - Sputnik. Bu il Azərbaycandan Nobel Sülh Mükafatına namizəd Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə göstərilib.

Sputnik Azərbaycan bildirir ki, bunu APA-ya açıqlamasında Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov bildirib.

Onun sözlərinə görə, Allahşükür Paşazadə Nobel Sülh mükafatına ekspert qrupu tərəfindən namizəd kimi  təsdiqlənib:

"Dekabrın 10-dan fevralın 1-dək sənəd qəbulu olur. Namizədlər Nobel Sülh Mükafatının ekspert qrupuna göndərilir. Sentyabrın sonu, oktyabrın əvvəlində nəticələr elan olunur. Dekabrın 10-da isə təqdimat mərasimi olur.

Şeyxülislam Allahşükür Paşazadənin namizədliyi artıq ikinci dəfə verilir. Namizədlərlə bağlı da gizli səsvermə gedəcək və sentyabrın sonu, oktyabrın əvvəlində nəticələr bəlli olacaq".

Teqlər:
namizəd, Azərbaycan, Allahşükür Paşazadə, Nobel sülh mükafatı, Nobel mükafatı

Əsas mövzular