20:09 29 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
164 0 0

Araşdırma zamanı iştirakçılar kişilərin şəkillərinə baxıblar və təsvir edilmiş kişilərin bu və ya digər pozitiv və ya neqativ davranış modelinə meylliliyi haqqında suallara cavab veriblər.

 

BAKI, 8 sentyabr — Sputnik. Alimlər kişilərin bədən quruluşu və onların valideynlik bacarıqları arasında əlaqəni aşkar ediblər.

Sputnik Azərbaycan "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, araşdırma nəticəsində artıq çəkili kişilərin yaxşı ata hesab edildiyi məlum olub.

Araşdırmada 800-dən çox insan iştirak edib. Onlara idmançı bədən quruluşu olan kişilərin, həmçinin azca çəkisi olan kişilərin şəkillərini göstəriblər. İştirakçılar qeyd ediblər ki, arıq kişilərin valideynlik bacarıqlarına etibar etmirlər.

Amma onlar kök kişiləri yaxşı ata olmağa daha çox meylli hesab ediblər. Missisipi Universitetindən olan alimlərin fikrincə, insanlar kök ataları daha az dominant qəbul edirlər, deməli, onlarla münasibətlər daha isti olur.

Araşdırma zamanı iştirakçılar kişilərin şəkillərinə baxıblar və təsvir edilmiş kişilərin bu və ya digər pozitiv və ya neqativ davranış modelinə meylliliyi haqqında – məsələn, fotoşəkildəki kişinin uşağa dərsləri ilə kömək etməyə hazır olduğu və ya əksinə, kişinin uşaqlardan qıcıqlandığı barədə suallara cavab veriblər.

Eyni zamanda, tədqiqat iştirakçıları çəkisi çox olan kişilərə də şübhə ilə yanaşıblar. Alimlərin sözlərinə görə, artıq çəki intizamın olmaması ilə əlaqələndirilir.

 

Əlaqədar

Payız depressiyasını dəf etmək üçün ideal rejim
Qatqı maddələri, yoxsa qida əlavələri?
On doqquzuncu əsrdə doğulmuş qadın uzunömürlülüyün sirrini açdı
Artıq çəkinin olmaması sağlamlıq deyil
Teqlər:
arıqlıq, köklük, ata, kişi

Əsas mövzular