15:16 28 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycanın görməli yerləri, turizm obyektləri (55)
130120

Şəhər içindəki bu gözəl mənzərə hər hansı xarici filmdə deyil, reallıqda, Zaur Həsənovun əl əməyi nəticəsində ərsəyə gəlib

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 sentyabr — Sputnik. Ölkənin ikinci böyük şəhərinində yaşayan elmlər doktoru, professor Zaur Həsənov öz həyətində kiçik bir Nəbatat bağı salıb. Burada həm yerli, həm də xaricdən gətirilən ağaclar əkilib. Gəncə sakini bir neçə il ərzində xaricdə yetişən Ərgivan (İuda ağacı), yapon ağcaqaynı, hind yasəməni, sarmaşan kolxedia və digər dekorativ bitkiləri öz həyətində bitirə bilib.

Zaur Həsənov Sputnik Azərbaycan-la söhbətində yerli növlərdən cənub bölgəsində yetişən limon, naringi yetişdirdiyini də deyib. Onun sözlərinə görə, şəhər ərazisində ərsəyə gətirdiyi bağ bir çoxları tərəfindən Nəbatat bağı da adlandırılır:

© Sputnik / Rahim Mammadov
Gəncənin “Nəbatat bağı”

“Nəbatat bağı kimi, çalışmışıq, müəyyən forma verək ki, gələn, görən üçün göz oxşayan mənzərə yaransın. Həm quşlardan, həm də bitkilərin özlərindən kimsə normal bir zövq almaq imkanına malik olsun. Əsasən uşaqlarım, nəvələrim üçündür. Nəvələrim bu bağın içində gəzirlərsə, mənim üçün böyük bir işdir”.

Professor Zaur Həsənov bağda dekorativ ağaclarla yanaşı,12 müxtəlif növ quş da bəsləyir. Maraqlı məqam ondan ibarətdir ki, həmin canlılar nömrələnmiş qəfəslərdə saxlanır. Onların bəsləndiyi yuvaların önündə keçmişdə istifadə edilən lampalar qoyulub, bir növ nağıllar aləmindəki kimi.

© Sputnik / Rahim Mammadov
Gəncənin “Nəbatat bağı”

Gəncədə kiçik bir həyətdə yaradılan maraqlı məkanda Zaur Həsənov ölkədə az-az rast gəlinən quşların bəsləndiyini də deyib. Burada ağ tovuzquşu, müxtəlif qırqovul və kəklik növləri var.

“Tovuz quşları var. Üç növ tovuzquşudur - Qafqazdır, Qaraqənd deyirik, bir də ağ tovuzquşu. Yemi adi yemdir, xırdalara qırma buğda veririk, böyüklər isə buğdanın özü ilə qidalanırlar. Qəfəslər nömrələnib, 39-da kəklikdir, 40-da qırqovuldur və s. Növlərin hamısını kataloqda qeyd eləmişik. Gələn olanda deyirəm ki, get 40-da filan işi filan elə", - professor danışır.

© Sputnik / Rahim Mammadov
Gəncənin “Nəbatat bağı”

Görənlərin diqqətini çəkən Gəncənin “Nəbatat bağı” insanın ruhunu dincəldir. Quşların səsi, fərqli görünüşü isə bu məkanı seyr edənə xüsusi zövq verir. Bir sözlə, şəhər içində bu gözəl mənzərə hər hansı xarici filmdə deyil, reallıqda, Zaur Həsənovun əl əməyi nəticəsində ərsəyə gəlib.

Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri (55)

Əlaqədar

Bakıya "həbs olunanların" pənah yeri: karantin stresini atmağın ən gözəl yolu - FOTO
Zaqatala sakini özü də bilmədən xərçəng xəstəliyinin dərmanını yetişdirib
Yüzilliklər ərzində dünyaya hökm etmiş imperiyanın mirası Azərbaycana nə qazandıracaq?
Gizli oazis: Qobustan rayonunda gözlərdən uzaq istirahət məkanı - FOTO
İnsanların karantin sıxıntısından qurtulmaq üçün üz tutduqları məkan - Mamırlı şəlalə

Əsas mövzular