12:02 26 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
4210

Bir neçə gün əvvəl də rayonun bütün ərazisində belə hal müşahidə edilmiş, yanacaqdoldurma məntəqələrində qaz doldurmaq üçün növbələr yaranmışdı

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 26 avqust — Sputnik. Avqustun 26-sı səhər saat 08:00-dan etibarən Bərdənin Şorəlli, Divanlı, Cəyirli kəndlərində qazın verilməsi dayandırılıb. Tərtər Regional Qaz İdarəsinin Bərdə bölməsinin rəisi Şəhriyar Qarayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, qazın nəqli ərazidə təmir işlərinin aparılmasına görə məhdudlaşdırılıb. Onun bildirdiyinə görə, qaz verilişi sabah tamamilə təmin olunacaq.

Onu da qeyd edək ki, bir neçə gün öncə də təmir-bərpa işləri ilə əlaqədar olaraq Bərdə rayonunda qazın verilməsi iki günlük dayandırılmışdı. Mavi yanacağa olan tələbatı ödəmək üçün rayon sakinləri yanacaqdoldurma məntəqələrinə üz tutmuş, növbələr yaranmışdı.

Əsas mövzular