CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ədliyyə Nazirliyi yeni cihazı sınaqdan keçirir: nəzarəti adamlar etməyəcəklər

© AFP 2024 / DOMINIQUE FAGETТюрьма, фото из архива
Тюрьма, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Görülmüş ictimai işlərin saatı avtomatlaşdırılmış qaydada, daha dəqiq hesablanacaq. Qeyd edim ki, artıq bu cihazın sınaqlarına başlanılıb" - Ədliyyə Nazirliyinin rəsmisi.

BAKI, 26 avqust — Sputnik. "İyunun 29-da ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası zamanı elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrinə müvafiq dəyişikliklər edilib. Avqustun 10-da həmin qanunların tətbiqi ilə bağlı Prezident İlham Əliyev tərəfindən müvafiq fərmanlar imzalanıb. Bu yeniliyin əsas mahiyyəti isə ictimai işlərin icrasına daha effektiv və elektron qaydada nəzarətin həyata keçirilməsindən ibarətdir".

Sputnik Azərbaycan-ın xəbərinə görə, Ədliyyə Nazirliyinin Probasiya xidmətinin Elektron monitorinq idarəsinin baş məsləhətçisi Nəvai Əlizadə belə deyib. O bildirib ki, bu dəyişiklikdən sonra ictimai işlərin icrasına nəzarət zamanı insan faktoru azalacaq: "Görülmüş ictimai işlərin saatı avtomatlaşdırılmış qaydada, daha dəqiq hesablanacaq. Qeyd edim ki artıq bu cihazın sınaqlarına başlanılıb".

Qeyd edək ki, elektron nəzarət vasitəsinin tətbiqi ilə bağlı Qayda hazırlandıqdan sonra cihazın istifadəsinə başlanacaq.

Xəbər lenti
0