CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sümüyümüz qızınacaq – Hava yenidən istiləşir

Abunə olmaq
Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20,  gündüz  24-27, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacaq

BAKI, 24 avqust – Sputnik. Bakıda və Abşeron yarımadasında avqustun 25-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, gündüz mülayim cənub küləyi əsəcək.  

Goranboyda leysanın nəticəsi - Sputnik Azərbaycan
FOTO
Yay yağışı qərb bölgəsini iflic edib - Sel kəndli təsərrüfatlarını sıradan çıxarıb

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20,  gündüz  24-27, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacaq. 

Atmosfer  təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində gündüz mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada  22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, gündüz 25-29, dağlarda gecə 6-11, gündüz 12-16 dərəcə isti olacaq.

Xəbər lenti
0