12:46 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
48 0 0

Azərbaycan Prezidenti İlham Əliyev yeni təyin edilmiş Bilsuvar və Saatlı icra başçılarını videoformatda qəbul edib

BAKI, 24 avqust – Sputnik. Biləsuvar və Saatlı Rayon İcra hakimiyyətlərinə başçı təyin olunub.

Sputnik Azərbaycan-ın xəbərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə Faiq Akif oğlu Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Prezidentin digər bir sərəncamı ilə Elmir Məmməd oğlu Bağırov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib. Dövlətimizin başçısı videoqəbulda çıxış edib.

Əsas mövzular