07:36 28 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
37110

Vətəndaşlar ezamiyyələrlə bağlı yaranan suallara görə "ASAN xidmət"in 9108 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

BAKI, 4 avqust — Sputnik. COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında tətbiq olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu müddətdə isə həmin şəhər və rayonlarda giriş-çıxış əvvəlki qaydada tənzimlənəcək.

Nazirlər Kabinetinin müvafiq Qərarı ilə fəaliyyətinə icazə verilmiş sahələrdə çalışan əməkdaşların ezamiyyələrinin 5 avqust tarixindən icaze.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb. Bunun üçün qurumun möhür səlahiyyətli şəxsi icaze.e-gov.az portalında "İcazələr" bölməsinə daxil olur. Açılmış bölmədə "Əməliyyatlar" sütunundan "ezamiyyə et" düyməsinə klik edərək müvafiq məlumatlar doldurulur və təsdiq edilir.

Əgər əməkdaşın indiyədək sistemdə icazəsi olubsa, bu zaman "İcazələr" bölməsinə daxil olaraq "Aktivləşdir" düyməsinə klik etmək, sistemə indiyədək daxil edilməyən əməkdaş üçün isə "Yeni" düyməsinə klik edərək öncə əməkdaşa icazə əldə etmək lazımdır.

Vətəndaşlar yaranan suallarla əlaqədar "ASAN xidmət"in 9108 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Əlaqədar

İcazə sisteminin ləğvindən sonra rayonlara getmək üçün kağız tələb olunacaq
Bu tarixdə SMS icazə ləğv edilir
Rayonlara necə gedib-gəlmək mümkün olacaq?

Əsas mövzular

  • Erməni əsgərinin geyimi, arxiv şəjki

    Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur

    372
  • İşğal olunmuş ərazilərimizdə Ermənistan SQ hərbçisi, arxiv şəkli

    Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Həmçinin Murovda əhəmiyyətli yüksəklik alınıb

    578
  • Əsgərlər, arxiv şəkli

    Zərurət yarandığı halda, ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən, Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlərə cəlb ediləcəklər

    2186