15:44 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycanda koronavirus: son xəbərlər (319)
24 0 0

"Hər hansı şəxsdə laborator nəticə müsbət çıxıbsa, biz onu xəstə kimi qeydiyyata götürürük. Nəzarət altında saxlayırıq".

BAKI, 20 iyul — Sputnik. "Azərbaycanda hələki koronavirusa təkrar yoluxma qeydə alınmayıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgahın keçirdiyi brifinqdə Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov söyləyib.

O, bildirib ki, belə hallar laborator səhvlər nəticəsində qeydə alınıb. N. Zeynalov deyib ki, koronavirus xəstəliyi olan şəxslərin əksəriyyətində ağciyər zədələnmir, virus simptomsuz keçir: "Boğazdan götürülmüş yaxmada laborator nəticə müsbət çıxırsa biz onu müsbət kimi qəbul etməliyik. Hər hansı şəxsdə laborator nəticə müsbət çıxıbsa, biz onu xəstə kimi qeydiyyata götürürük. Nəzarət altında saxlayırıq. Nəticələr mənfi çıxandan sonra virusdan azad şəxs kimi qəbul edə bilərik".

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (319)

Əsas mövzular