20:01 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
24 0 0

Qan dövranı sistemi xəstəliklərindən dünyasını dəyişənlər isə əhalinin hər yüz min nəfərindən 327.8-ni təşkil edib.

BAKI, 14 iyul — Sputnik. 2019-cu ildə Azərbaycanda 55 min 916 nəfər dünyasını dəyişib. Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, əhalinin ölüm səbəbləri arasında öncəki illərdə olduğu kimi qan dövranı sistemi xəstəlikləri üstünlük təşkil edib.

Belə ki, ötən il bu xəstəlikdən ölənlərin sayı 32 min 471, yeni törəmələrdən dünyasını dəyişənlərin sayı 8 min 819, travmalar, zəhərlənmələr, xarici səbəblərin təsirinin digər nəticələrindən ölənlərin sayı 2789, tənəffüs sistemi xəstəliklərindən ölənlərin sayı 1854 olub. Əhalinin hər yüz min nəfərinə düşən ölüm sayı 564.6 olub.

Qan dövranı sistemi xəstəliklərindən dünyasını dəyişənlər isə əhalinin hər yüz min nəfərindən 327.8-ni təşkil edib.

Əsas mövzular