CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hüzr yiyələri ölülərinə polisdə ağlamalı oldular

© Sputnik / Rahim MuradovLənkəranda sərt karantin rejimi
Lənkəranda sərt karantin rejimi - Sputnik Azərbaycan
Abunə olmaq
Yaxınlarının yas yerinə gələnlər heç də bu kədərə görə 200 manat ödəyəcəklərini ağıllarına gətirmirdilər.

BAKI, 8 iyul — Sputnik. Ağsu rayon İcra Hakimiyyəti və Polis Şöbəsi əməkdaşları tərəfindən birgə keçirilən tədbirlərlə rayonun Ərəbmehtibəy kəndində yerləşən evlərin birində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən olunub.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, polis əməkdaşları tərəfindən həmin yas mərasimi dərhal dayandırılıb və orada olan şəxslər saxlanılaraq Ağsu Rayon Polis Şöbəsinə gətirilib.

Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün 18 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, hər biri 200 manat məbləğində cərimə olunub.

Xəbər lenti
0