02:41 12 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
12 0 0

"Tenderin qalibi olan "Alpina" şirkəti isə bu sahədə böyük təcrübəyə malikdir. Bir az zaman sərf edərək internet resurslarında araşdırma yetərlidir ki, şirkət barədə tam dolğun məlumat əldə edəsən"

BAKI, 8 iyul — Sputnik. Son günlər sosial şəbəkələrdə "Alpina Parking Consulting" MMC-nin Bakı Nəqliyyat Agentliyinin keçirdiyi tenderin qalibi olması barədə müxtəlif fikirlər, mülahizələr bildirilir. Lakin əsaslı araşdırma aparılmadan yayılan fikirlər insanlarda müəyyən çaşqınlıq yaradır. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

"Bunu nəzərə alaraq bir neçə məqamı diqqətə çatdırım. Şəhər nəqliyyatının vacib komponenti olan parklanmanın düzgün idarə edilməsi yollarda xaosun qarşısını alır və küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına imkan yaradır" .

Onun sözlərinə görə, düzgün idarəçilik yerli biznes sahiblərinə, sakinlərə şəhərin ərazisindən effektiv istifadə etməyə dəstək göstərir, ictimai nəqliyyatdan istifadəyə marağı artırır. Ən əsası isə parklanmanın sərmayə yatırımları üçün cəlb ediciliyini daha da artırır: "Bu sahədə düzgün və şəffaf idarəçiliyin təşkili üçün beynəlxalq təcrübənin öyrənilməsi vacibdir. Bu mənada yüksək təcrübəyə malik beynəlxalq məsləhətçi şirkətlə əməkdaşlıq faydalıdır. Tenderin qalibi olan "Alpina" şirkəti isə bu sahədə böyük təcrübəyə malikdir. Bir az zaman sərf edərək internet resurslarında araşdırma yetərlidir ki, şirkət barədə tam dolğun məlumat əldə edəsən. Məlumat üçün bildirim ki, "Alpina Parking Consulting" MMC şirkəti 1997-ci ildə yaradılan "Alpina" şirkətlər qrupunun mühüm tərkib hissəsi hesab olunur. Şirkət parklanma sahəsində məsləhət xidmətlərinin göstərilməsi, eləcə də konsepsiya və menecment xidmətlərinin yerinə yetirilməsi üçün təcrübəyə və lisenziyalara malikdir."

Əsas mövzular