19:44 03 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
9 0 0

"Türkiyə virusla mübarizədə ancaq bütün ölkələrin əməkdaşlığı və həmrəyliyi ilə uğur qazanacağına inanır və hal-hazırda yaşadığımız bu fövqəladə dövrdə, pandemiya ilə qlobal mübarizəyə öz töhfəsini vermək üçün maksimum səy göstərir"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 6 iyul — Sputnik. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə təşəkkür edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat nazirliyin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

"Təşəkkürlər, can Türkiyə. Hər zaman olduğu kimi, qlobal pandemiya ilə mübarizədə də bir yerdəyik. #birmilletikidevlet", - XİN-in məlumatında qeyd olunub.

Qeyd edək ki, Türkiyə koronavirus pandemiyasının yayılmasından bu günə qədər yüzə yaxın ölkəyə tibbi ləvazimat köməkliyi göstərib və bu çərçivədə qoruyucu ləvazimat ilə dərman preparatları göndərib.

​Məlumata əsasən, Türkiyədən Azərbaycana 30 ədəd ventilyator, 55.000 ədəd kombinezon, 50.000 ədəd N95 maska, 100.000 ədəd cərrahi maska, 5.000 tibbi eynək, 200.000 əlcək və virusun müalicəsində istifadə olunan 40.000 qutu müxtəlif dərman preparatı göndərilib.

"Türkiyə virusla mübarizədə ancaq bütün ölkələrin əməkdaşlığı və həmrəyliyi ilə uğur qazanacağına inanır və hal-hazırda yaşadığımız bu fövqəladə dövrdə, pandemiya ilə qlobal mübarizəyə öz töhfəsini vermək üçün maksimum səy göstərir.

Bu gün etdiyimiz bu yardım da qardaş Azərbaycanın mübarizəsinə töhfə xarakterlidir. Aramızdakı yaxın münasibətlərin təbii nəticəsi olan bu yardım, iki ölkənin Prezidentləri Cənab İlham Əliyev və Cənab Rəcəb Tayyib Ərdoğanın hər fürsətdə nümayiş etdirdikləri qardaşlığımızın da güclü təzahürüdür.

Yardımın Azərbaycanın koronavirusla mübarizəsinə töhfə verməsini arzu edir, fürsətdən istifadə edərək virus səbəbi ilə vəfat edən bacı və qardaşlarımıza görə başsağlığı, xəstələrə tez bir zamanda şəfa diləyirik", - deyə məlumatda qeyd olunub.

Əsas mövzular