CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ramin Bayramlı: Daha gənc insanlarda ölüm halları artıb

© Sputnik / Murad OrujovПредседатель правления TƏBİB Рамин Байрамлы
Председатель правления TƏBİB Рамин Байрамлы - Sputnik Azərbaycan
Abunə olmaq
R. Bayramlı nəzərə çatdırıb ki, yoluxanların 54 faizi qadın, 46 faizi kişilərdir: “Bu, yas yerlərində toplaşma ilə bağlıdır. Elə yas yeri var ki, 84 nəfər yeni yoluxan və təmasları aşkar edilib”.

BAKI, 2 iyul – Sputnik. “Son həftələr daha gənc insanlarda da letal, yəni ölüm halları artır”.

Тест на коронавирус, фото из архива  - Sputnik Azərbaycan
Şad xəbər də gəldi, koronavirus bir neçə aydan sonra...

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, yanaşı xəstəliyi olmayan insanlarda da letal hallar artır: “Bu, virusun mutasiyaya uğraması ilə izah edilir. Ailə şəklində xəstəliyi ağır keçirənlər çoxdur”.

R. Bayramlı nəzərə çatdırıb ki, yoluxanların 54 faizi qadın, 46 faizi kişilərdir: “Bu, yas yerlərində toplaşma ilə bağlıdır. Elə yas yeri var ki, 84 nəfər yeni yoluxan və təmasları aşkar edilib”.

R. Bayramlı deyib ki, karantin rejimi tətbiq olunmasa, yoluxma 2-3 qat artıq olardı: “Tətbiq edilən karantin rejimi ilə yoluxmanın səviyyəsini sabit saxlamağa nail olmuşuq. Sərt karantin rejimi yoluxmaların sayını stabil saxlamağa imkan verib”.

Xəbər lenti
0