17:45 07 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
2 0 0

Özəl valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsinə dair mətbuatda yayılan məlumatlara aydınlıq gətirilib.

BAKI, 30 iyun — Sputnik. Mərkəzi Bank Bakı şəhərində özəl valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsinə dair mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

Dollar, arxiv şəkli
© Sputnik / Murad Orujov

Sputnik Azərbaycan Mərkəzi Bankın saytına istinadla xəbər verir ki, Mərkəzi Bank bildirir ki, hazırda yalnız banklar və onların filialları, eləcə də "Azərpoçt" MMC-nin filial və şöbələri valyuta mübadiləsi fəaliyyəti hüququna malikdirlər. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq digər hüquqi və fiziki şəxslərə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməmişdir. Əgər yuxarıda qeyd olunan təşkilatlardan başqa hər hansısa hüquqi və fiziki şəxs belə fəaliyyətlə məşğul olarsa, bu qanunsuzdur.

Media nümayəndələrinə belə məlumatları yaymazdan öncə Mərkəzi Bankla dəqiqləşdirmə aparmağı və qanunsuz valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olma hallarının qarşısının alınmasına ictimai dəstək göstərərək həqiqətən də belə faktlarla rastlaşarlarsa, dəqiq ünvan göstərməklə informasiya verməyi tövsiyə edirik.

Əsas mövzular