03:07 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycanda koronavirus: son xəbərlər (190)
1810

"Bu yaxınlarda mən də ailə üzvümü bu virusa görə itirdim. İnanın mənə, bu təhlükə realdır və yanımızdadır"

BAKI, 30 iyun — Sputnik. BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Qulam İshaqzai COVID-19 pandemiyası ilə bağlı "Bunu Azərbaycan üçün edin" adlı müraciət yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə deyilir:

"Azərbaycan üçün et"

Əziz dostlar,

Təəssüf ki, COVID-19 pandemiyası hələ də bizimlədir. Dünyada yoluxma sayı 9 milyonu keçib. Ölənlərin sayı isə yarım milyona çatır. Azərbaycanda da yoluxanların sayı artır. Təəssüf ki, ölənlərin də. Bu yaxınlarda mən də ailə üzvümü bu virusa görə itirdim. İnanın mənə, bu təhlükə realdır və yanımızdadır. COVID-19-un qapımızı döyməsini gözləməməliyik.

Bu bəlaya qalib gəlmək və normal həyata tez bir zamanda dönmək üçün bu sadə tədbirləri görməyinizi xahiş edirəm:

- Fiziki məsafə saxlayın;

- Əllərinizi tez-tez yuyun;

- Tələb olunan yerlərdə maska taxın; onlardan düzgün istifadə edin;

- Zərurət yaranmadıqca evdən çıxmayın;

- Hökumətin tələblərinə riayət edin.

Bunu özünüz üçün, ailəniz üçün, Azərbaycan üçün edin!

Təşəkkür edirəm!"

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (190)

Əlaqədar

İyun da getdi, amma o hələ yerini bərkidir
"Qaydalara riayət olunmasa, hər birimiz süni nəfəs aparatına qoşula bilərik"
Fikrət Sadıxov: “Azərbaycanın pandemiya ilə mübarizəsi beynəlxalq səviyyədə dəstəklənir”
Koronavirus pandemiyası 1998-ci ildəki vəziyyəti xatırladır – Qref
ÜST rəsmisi: "Qarşımızda çox uzun yol var"

Əsas mövzular