21:31 14 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
1410

Mingəçevirə səfəri çərçivəsində Prezident İlham Əliyev bir neçə obyektin istifadəyə verilməsində iştirak edib.

BAKI, 25 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Mingəçevir şəhərinə səfərə gəlib.

Sputnik Azərbaycan-ın məlumatına görə, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub

Prezident İlham Əliyev, həmçinin Mingəçevirə səfəri çərçivəsində “Azərbaycan” İstilik Elektrik Stansiyasına baş çəkib. Stansiyanın 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra bu gün istifadəyə verilib.

Prezident İlham Əliyev elektromobillə stansiyanın ərazisini gəzib.

Stansiyada yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev bildirib ki, enerji bloklarının texniki su təchizatı Yuxarı Qarabağ kanalı vasitəsilə təmin edilir. Kanalın yamacları və dib hissəsi beton örtüklərlə bərpa olunub, dövran su xətlərinin altındakı dayaqlar əsaslı təmir edilib. Ərazidə yeni mazut çənləri, dövran və mazut nasosları quraşdırılıb. Stansiyanın qaz qəbulu məntəqələri də əsaslı təmir olunub.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidənqurmadan sonra istifadəyə verilməsi ilə bağlı tədbirdə

İki il ərzində həyata keçirilən proqram çərçivəsində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasında bütün parametrlər üzrə tikinti və bərpa işləri sürətlə aparılıb. Əsas diqqət həm də “Azərbaycan” İstilik Elektrik Stansiyasının hər biri ayrıca elektrik stansiyası statusuna malik 8 blokunun yenidən qurulmasına yönəlib. Blokların təbii təsirlərdən qorunması və ən əsası da itkilərin azaldılması üçün izolyasiya işləri görülüb. Yenidəqurma proqramı çərçivəsində yararsız metal konstruksiyalar yenilənib, yük məhdudiyyətinə təsir edən regenerativ hava qızdırıcılarının daxili elementləri dəyişdirilib, turbin qurğularında zədələnmiş işçi kürəklər, hidrogen və yağ istilik mübadilə aparatları da təzələnib. Kimya sexi müasir tipli əks-osmos sutəmizləyici texnologiyaya əsasən yenidən qurulub, reagent təsərrüfatı yenilənib, əlavə ehtiyat su çənləri yaradılıb.

Enerji bloklarında sıradan çıxmış elektrik mühərriki və nasos avadanlıqları, istismar və təmir üçün tələb olunan liftlər, ağırtonnajlı yükqaldırıcı kran və mexanizmlərin elementləri, yüksək gərginlikli cərəyan şinləri, güc və nəzarət kabelləri tam yenisi ilə əvəz olunub. Blok və xüsusi sərfiyyat transformatorları da təmir edilib.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidənqurmadan sonra istifadəyə verilməsi ilə bağlı tədbirdə

2018-ci ildə sistem qəzasının mənbəyi olan 330 və 500 kilovoltluq yarımstansiyalar yenidən qurulub. İstismar müddəti bitmiş və partlayış təhlükəsi olan bütün hava açarları eleqaz tipli açarlarla, cərəyan və gərginlik transformatorları müasir tipli avadanlıqla əvəzlənib. Yarımstansiyaların hər biri üçün yeni idarəetmə binaları tikilib.

İndi “Azərbaycan” İES-in fəaliyyəti yeni tikilən inzibati binadan həyata keçirilir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün geniş akt zalı yaradılıb. Bütün proseslər yeni quraşdırılan nəhəng monitordan idarə olunur.

Burada stansiyanın idarə olunması ilə bağlı videoçarx nümayiş etdirilib. Sonra dövlətimizin başçısı “Azərbaycan” İstilik Elektrik Stansiyasını işə salıb.

Prezident İlham Əliyevə yeni tikiləcək “Qobu” Elektrik Stansiyasının layihəsi barədə məlumat verilib.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidənqurmadan sonra istifadəyə verilməsi ilə bağlı tədbirdə

Sonra Azərbaycan lideri iyunun 25-də Mingəçevirdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib. Ona muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.

Bildirilib ki, tikintisi bu ilin aprelində başa çatdırılan Dövlət Rəmzləri Muzeyinin sərgi zalında 9 bölmə yaradılıb. Burada Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən hazırlanmış ayrı-ayrı dövrlərə uyğun Azərbaycan xəritələri, Orta Əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, Orta Əsr Azərbaycan dövlətlərinin və xanlıqlarının bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar sərgilənir.

Muzeyin eksponatları arasında Azərbaycan Orta Əsr əsgərlərinin döyüş geyimləri, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, Azərbaycan SSR-nin gerbləri və bayraqları, Silahlı Qüvvələrin mərasim geyim formaları və döyüş bayraqları, ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin andiçmə mərasiminə aid fotoşəkillər, dövlət rəmzləri haqqında kəlamlar, poçt markaları, orden, medal, fəxri ad və döş nişanları nümayiş olunur.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Mingəçevirdə Dövlət Rəmzləri Muzeyinin açılışında

Dövlət Rəmzləri Muzeyinin yerləşdiyi ərazidə 200 yerlik yay səhnəsi də tikilib.

Prezident İlham Əliyevə şəhərdəki “Dostluq” və “Nəsimi” parklarında aparılan yenidənqurma işləri barədə də məlumat verilib.

Bildirilib ki, hər iki parkda istər şəhər sakinlərinin, istərsə də Mingəçevirin qonaqlarının istirahətlərinin maraqlı təşkili üçün hərtərəfli şərait yaradılıb.

Əlaqədar

Prezident və birinci xanım Gəncədə: Bir sıra obyektlərin açılışı olub
İlham Əliyev maska taxmayanlara xəbərdarlıq etdi: “Mən taxıram, siz niyə taxmırsız?”
Dövlət başçısı: “İnsanlar elementar qaydalara əməl etmirlər”
Prezident Gəncəyə pul ayırdı: Məktəb, teatr binası, “Asan xidmət”, idman sarayı tikiləcək
Prezident Samuxda köçkünlər üçün tikilən məhəllədə olub

Əsas mövzular