19:22 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
5110

Almaniyada yaşayan qırğızıstanlı Albi Nur azərbaycanlı abunəçilərinə ona dili öyrənməkdə yardım etdikləri və "Odlar Yurdu" haqqında çox maraqlı şeylər danışdıqları üçün minnətdardır.

BAKI, 23 iyun — Sputnik, Kəmalə Əliyeva. Qırğızıstanlı bloger Albi Nur Azərbaycana gəlmək arzusundadır və hətta bu məqsədlə Azərbaycan dilini də öyrənib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Albi Nur Qırğızıstanda doğulub. Sonra türk dilini öyrəndiyi Türkiyədə təhsil almaq qərarına gəlib. Təhsilini başa vurduqdan sonra isə hazırda yaşadığı Almaniyaya köçüb.

"Almaniyada əsasən ingilis və alman dillərində danışdığıma görə türk dili üçün çox darıxırdım və onunla ünsiyyətdə olmaq istəyirdim. Yanvar ayından etibarən TikTok sosial şəbəkəsində qeydiyyatdan keçmək qərarına gəldim və burada müxtəlif videoları yerləşdirməyə başladım. Orada əsasən türk dilində danışırdım. Səhifəm populyarlıq qazanmağa başladı və çox sayda türk istifadəçisi izləyicim oldu", - Albi bildirib.

Dörd ay ərzində bloger 200 min izləyici toplayıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Albi | Multilingual Blogger (@albi.nurr)

Eyni zamanda, Nur Azərbaycan istifadəçilərindən məktublar almağa başlayıb. Dediyinə görə, Azərbaycan dilini bilmədiyindən, abunəçilərindən ona dili öyrənməyə yardım göstərməyi xahiş edib. Onlar da məmnuniyyətlə blogerin xahişini yerinə yetiriblər.

"Mən Azərbaycanla çoxdan maraqlanırdım, lakin təəssüf ki, vaxt çatışmazlığı üzündən ora getməyə imkan yox idi. Azərbaycanlı istifadəçilər mənə Azərbaycan dilini öyrənməyə kömək etməklə yanaşı, həm də məni öz ölkələrinin mədəniyyəti ilə tanış etdilər. Onlar mənə öz ifaçılarının kliplərini göndərdilər və hazırda onları dinləyirəm. Ulduzlarınızın ifasını çox bəyəndim", - deyə bloger etiraf edib.

İndi Nur Azərbaycan dilini mükəmməl öyrənməyə hazırlaşır. Hazırda altı dili – qırğız, ingilis, alman, türk, rus və Azərbaycan dillərini bilir, buna görə də özünü çoxdilli bloger hesab edir. Qız əldə etdiyi nailiyyətlərlə kifayətlənmək niyyətində deyil, çünki müxtəlif ölkələrin dillərini öyrənməyi sevir.

"Çox ümid edirəm ki, Azərbaycana səfər etmək və haqqında bu qədər eşitdiyim ölkəni öz gözlərimlə görmək mümkün olacaq. Məni dəstəkləyən və dillərinin öyrənilməsində kömək edən abunəçilərimə minnətdaram", - deyə Albi əlavə edib.

Bloqqer tezliklə Azərbaycan haqqında daha bir neçə bloq yazmaq niyyətindədir.

Əsas mövzular