16:24 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
10 0 0

“Azərişıq” ASC tərəfindən enerji təchizatı sistemində problemi olan şirkətlərin siyahısının yaxın günlərdə mediaya təqdim olunması nəzərdə tutulur

BAKI, 22 iyun — Sputnik. "Son zamanlar bəzi çoxmənzilli binalarda və böyük obyektlərdə baş verən yanğın hadisələri bir daha göstərir ki, bəzi sahibkarlar tərəfindən təhlükəsizlik texnikası, elektrik qurğularının quraşdırılması və elektrik enerjisindən istifadə qaydalarına dair müvafiq qanunverciliyin tələblərinə əməl edilmir, nəticədə vətəndaşlara çox ciddi maddi və mənəvi ziyan dəyir. Təəssüflər olsun ki, hələ də obyektlər və çoxmənzilli binalar bir çox hallarda elektrotexniki normalara əməl olunmadan inşa edilir". Bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

 “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti sistem əhəmiyyətli 220/110/10 kilovoltluq tam yeni yarımstansiyası
© Photo : “Azerenergy” Open Joint-Stock Company

Qeyd olunub ki, baş verən yanğınların səbəbləri araşdırılarkən müəyyən olunur ki, tikinti obyektləri, binalar, evlər inşa edilərkən enerji təsərrüfatına aid olan işlər texniki normalara və qaydalara uyğun aparılmır. Bir çox hallarda elektrik naqilləri və avadanlıqları qeyri-peşəkar quraşdırıldığından, eyni zamanda onlara istismar qaydalarına uyğun qulluq göstərilmədiyindən qeyd olunan bədbəxt hadisələr baş verir.

Abonentləri bədbəxt hadisələrdən qorumaq məqsədilə “Azərişıq” ASC tərəfindən texniki qaydalara əməl etməyən obyekt sahiblərinə, çoxmənzilli bina inşa edən sahibkarlara mütəmadi olaraq xəbərdarlıqlar olunmasına baxmayaraq, qeyd olunan nöqsanlar hələ də aradan qaldırılmayıb. Odur ki, “Azərişıq” ASC tərəfindən enerji təchizatı sistemində problemi olan şirkətlərin siyahısının yaxın günlərdə mediaya təqdim olunması nəzərdə tutulur.

Qüvvədə olan qaydalar tələb edir ki, inşa edilən çoxmənzilli binalarda yaşayan sakinləri və obyektləri keyfiyyətli, dayanıqlı və təhlükəsiz elektrik enerjisi ilə təmin etmək məqsədiilə enerji təchizatı müəssisəsi ilə  sahibkar arasında enerjinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və yalnız ondan sonra mənzillər enerji ilə təmin oluna bilər. Bəzi sahibkarlar əksər hallarda qanunun tələblərini yerinə yetirmir və məsuliyyətdən boyun qaçırmaq üçün istehlakçıları “Azərişıq” ASC ilə üz-üzə qoymağa çalışırlar.

"Bir daha vətəndaşlarımızın nəzərinə çatdırmaq istəyirik ki, “Azərişıq” ASC-nin rəsmi saytında yaradılmış xüsusi bölmədən istifadə edərək yeni tikililərdən obyekt və ya mənzil alarkən gələcəkdə elektrik enerjisi təchizatında problemlərin yaranmaması üçün binanın texniki sənədlərinin düzgünlüyü və kommunal təminatının vəziyyəti haqqında məlumat əldə etsinlər.

Eləcə də tikinti aparan təşkilat bu sistemin yaradılması zamanı normativ sənədlərin tələblərinin icrası  və bu günə qədər inşa etdikləri binalarda elektrik quraşdırma işləri yerinə yetirilən zaman binanın və yaşayacaq sakinlərin təhlükəsizliyinin təmin olunmasında gördüyü işlərin keyfiyyəti barədə məlumatlarla öncədən tanış olsunlar",  - deyə qurumdan verilən məlumatda bildirilib.

Əlaqədar

“Azərişıq”dan sərt karantin günləri ilə bağlı açıqlama
“Azərişıq” əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi açıldı
Elektrik enerjisinin limiti barədə qərar verildi
On manat pul Bərdəni iflic etdi

Əsas mövzular