CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu dəfə kömək edəcəkmi?! Bakını yenidən yudular - FOTO

© The Executive Power of the Baku CityBakı küçələrində dezinfeksiya işləri
Bakı küçələrində dezinfeksiya işləri - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxt küçələrində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən Daxili İşlər Nazirliyinin şəxsi heyəti həmin gün növbəti dəfə 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi  ilə keçirilən bu dezinfeksiya işlərində fəal iştirak ediblər

BAKI, 21 iyun – Sputnik. Bu gün Bakının küçələri yenidən dezinfeksiya edilib.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən məlumat daxil olub.

Məlumatda bildirilir ki, ölkə başcısı İlham Əliyev və  Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi karantin rejimi dövründə paytaxtda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə Bakı şəhərinin bütün rayonlarında xüsusi gücləndirilmiş kompleks tədbirlər geniş şəkildə davam etdirilir. 

© The Executive Power of the Baku CityBakı küçələrində dezinfeksiya işləri
Bu dəfə kömək edəcəkmi?! Bakını yenidən yudular - FOTO - Sputnik Azərbaycan
Bakı küçələrində dezinfeksiya işləri

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhəri də daxil olmaqla ölkənin yeddi şəhər və bir rayonunda iyunun 21-dən iyulun 5-dək xüsusi karantin rejimi tətbiqinin ilk günündə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən səhər saatlarından paytaxdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti - 6-cı əlavə gücləndirilmiş dezindeksiya işləri həyata keçirilib. Gün ərzində əməkdaşlar tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında  tibbi-profilaktik işlər aparılıb.

Avropada analoqu olmayan və böyük maliyyə vəsaiti tələb edən bu genişmiqyaslı dezinfeksiya tədbirləri ölkə rəhbərliyinin xüsusi diqqəti nəticəsində mümkün olmuşdur. Axşam saatlarına kimi mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küşələrdə də dezinfeksiya işləri aparılıb. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri    əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

© The Executive Power of the Baku City
Bakı küçələrində dezinfeksiya işləri - Sputnik Azərbaycan
1/3
© The Executive Power of the Baku City
Bakı küçələrində dezinfeksiya işləri - Sputnik Azərbaycan
2/3
© The Executive Power of the Baku City
Bakı küçələrində dezinfeksiya işləri - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Raytaxt küçələrində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən Daxili İşlər Nazirliyinin şəxsi heyəti həmin gün növbəti dəfə 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi  ilə keçirilən bu dezinfeksiya işlərində fəal iştirak etmişlər.

Eyni zamanda Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun departamentin  balansında olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcəkdir.

Xəbər lenti
0