08:07 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)
42901

Gün ərzində postda karantin rejimi qaydalarını pozan torpaq yollardan istifadə edən 200-ə yaxın sürücü cərimələnib.

BAKI, 21 iyun – Sputnik. Axşam saatlarından rayonlara üz tutanların sayı çox olduğundan qurulan polis postlarında sıxlıq yaşanıb. 

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, həmin sıxlıqda qalan sürücülərin bəziləri qoyulan məhdudiyyətlərə baxmayaraq, torpaq yola üz tutub. 

Torpaq yolda müvafiq qurumlar tərəfindən qabaqlayıcı tədbir olaraq qazılan quyular sürücü və sərnişinlər tərəfindən doldurulub. Lakin onlar torpaq yolla magistral yolun birləşməsində polis əməkdaşları tərəfindən saxlanılıb.

Xatırladaq ki, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları müvafiq icazəsi olmadan torpaq yolla rayon və əks istiqamətdə hərəkət etmək istəyən şəxslərin qarşısının alınması üçün tədbirlər görüb. Belə ki, polis əməkdaşları Bakı-Quba yolunun 52-ci kilometrliyində qurulmuş nəzarət postunun ətrafından torpaq yolla keçmək istəyənlərin qarşısını tam şəkildə alıb, torpaq yollar qazılıb, karantin qaydasını pozanlara qarşı inzibati qaydada protokol tərtib olunub.

Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti şöbəsi rəisi polis polkovniki Sadin Əsgərov APA-nın hadisə yerində olan müxbirinə bildirib ki, gün ərzində postda karantin rejimi qaydalarını pozan torpaq yollardan istifadə edən 200-ə yaxın sürücü cərimələnib.

Qeyd edək ki, paytaxtdan çıxaraq rayonlara doğru hərəkətdə olan Bakı, Sumqayıt və Abşeron sakinləri geri qaytarılıb və onlar məsuliyyətə cəlb olunub. Təxminən 8 saat postda sıxlıq yaranıb.

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)

Əsas mövzular