16:27 07 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (256)
18 0 0

"Bir postda müşahidə edilən nəqliyyat vasitəsi yoluna davam etdiyi halda qarşıdakı postda görünməzsə, bu, karantin rejiminin pozulması kimi qiymətləndiriləcək".

BAKI, 20 iyun — Sputnik. "Artıq iki gündür ki, Bakı və Abşeronda yaşayan vətəndaşların rayonlara getmələrinə cəhdlər müşahidə olunur. Artıq postlarda 5 minə yaxın nəqliyyat vasitəsi geri qaytarılıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Daxili işlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib. O deyib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar verilib: "Onlardan 4 mini Bakıya, mini isə bölgələr istiqamətində geri qaytarılıb. Heç kim düşünməsin ki, posta gedim, bəlkə, bir yol taparam, buraxarlar. Əgər gedən haqlı olduğunu düşünürsə, polis ona keçməyə icazə vermirsə, polisə qarşı çıxmağa, mübahisə yaratmağa ehtiyac yoxdur. Bunun üçün 102 xidmətinə müraciət edə bilərsiniz".

K.Əliyev bildirib ki, 8 inzibati ərazidə tətbiq ediləcək karantin rejiminə nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub. Onun sözlərinə görə, torpaq yolla getməyə cəhdlər olarsa, həmin şəxslər xüsusi texniki vasitələrlə müəyyən ediləcəklər: "Bir postda müşahidə edilən nəqliyyat vasitəsi yoluna davam etdiyi halda qarşıdakı postda görünməzsə, bu, karantin rejiminin pozulması kimi qiymətləndiriləcək".

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (256)

Əlaqədar

İki günlük evə qapanma heç bir nəticə verməyib - Rəsmi
İcazə sistemi yenidən işə düşdü - VİDEO
Dörd saatlıq icazə: 1 kodundan istifadə edənlər 2 kodundan da istifadə edə bilərlər
Sərt karantindən qaçan Bakı əhlinin Dakar rallisini geridə qoyan məharəti - VİDEO
Bakı üç istiqamətdə "mühasirədədir"

Əsas mövzular