14:54 12 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (278)
154 0 0

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində karantin rejimi sərtləşdirilib. Sərt karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək davam edəcək

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 iyun — Sputnik. Nazirlər Kabinetinin qərarına əsasən, sabahdan etibarən karantin rejimi sərtləşdirilən ərazilər 9 rayon və şəhərdən biri də paytaxt Bakıdır. Bəs görəsən, iki həftəlik karantin rejimində Bakıda ictimai nəqliyyatın hərəkəti necə tənzimlənəcək?

Sputnik Azərbaycan-ın sorğusuna Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, hələ ki nəqliyyatın fəaliyyətində hər hansı dəyişiklik nəzərdə tutulmur. O bildirib ki, sərnişin daşıyan avtobuslar adi günlərdə olduğu kimi fəaliyyətlərini davam etdirəcək.

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində karantin rejimi sərtləşdirilib. Sərt karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək davam edəcək.

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (278)

Əlaqədar

İki günlük evə qapanma heç bir nəticə verməyib - Rəsmi
Dörd saatlıq icazə: 1 kodundan istifadə edənlər 2 kodundan da istifadə edə bilərlər
Rayonlara gedənlərə xəbərdarlıq - 5 minə yaxın maşın geri qaytarıldı
Gördüyümüz görəcəklərimizin yanında "toya getməli" olacaq: Cəmiyyəti ciddi bəla gözləyr
Qurumlara tövsiyə: icazə verdiklərinizin sayı az olsun

Əsas mövzular