15:36 07 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
12 0 0

Aqşin Əlili: "Dalğıcların ixtisas artırması ilə bağlı qurumda çimərlik mövsümü ilə əlaqəli təlimlər keçirilir"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 19 iyun — Sputnik.  "Çimərlik mövsümünə hazırlıq olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən vakant motros-xilasedici vəzifələrinə müsabiqə elan edilib. Müsabiqədə Azərbaycan dilini sərbəst bilən fiziki cəhətdən sağlam, həqiqi hərbi xidmət keçmiş vətəndaşlar iştirak ediblər".

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili danışıb.

© Sputnik / Irade JELIL
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili

Onun sözlərinə görə, 47 nəfər xüsusi üzmə bacarığı olan, bu peşəyə uyğun vətəndaşlar müəyyən edilib.

Onlarla müqavilə bağlanılıb. Qurumun xilasedicilərinə kömək məqsədilə həmin şəxslər ərazilərə təhkim edilib.

A.Əlili vurğulayıb ki, həmin işçilər mövsümi işçilərdir.

"Dalğıcların ixtisas artırması ilə bağlı qurumda çimərlik mövsümü ilə əlaqəli təlimlər keçirilir. Bu dövr pandemiya dövrünə təsadüf etsə də, biz hissə-hissə həmin təlimləri təşkil edə bildik. Dalğıclarımız tibbi müayinədən keçdilər. Xüsusi hazırlıq kursundan keçərək çimərlik mövsümünə tam hazır vəziyyətdə xidmətə buraxıldılar", - deyə A.Əlili bildirib.

Əsas mövzular