18:27 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
100 0 0

Operativ Qərargahın bununla bağlı təlimatlarına uyğun olaraq şirkətin inzibati binası mütəmadi dezinfeksiya edilir, binaya daxil olan hər kəsin bədən hərarəti ölçülür

BAKI, 18 iyun — Sputnik. İctimai Televiziya və Radio Yayımları Şirkətinin yoluxma şübhəsi olan əməkdaşları test veriblər və onlardan ikisində nümunələr pozitiv çıxıb.

Bu barədə Sputnik Azərbaycan-a şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynurə Asimqızı məlumat verib. O qeyd edib ki, hazırda həmin şəxslər həkim nəzarətində müalicə alırlar. Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti pandemiya elan edilən gündən etibarən şirkətdaxili gücləndirilmiş qoruyucu tədbirlər həyata keçirir. Operativ Qərargahın bununla bağlı təlimatlarına uyğun olaraq şirkətin inzibati binası mütəmadi dezinfeksiya edilir, binaya daxil olan hər kəsin bədən hərarəti ölçülür, hər kəs xüsusi dezinfeksiyaedici mayelərlə və qoruyucu maskalarla təmin edilir.

Əsas mövzular