23:06 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
20410

"İstisna hal o zaman yarana bilər ki, bir ailədən üç nəfər mütləq şəkildə harasa getməlidirlər. Bəli, bu zaman onlardan iki nəfəri arxada, bir nəfəri isə qabaq oturacaqda əyləşə bilər"

BAKI, 17 iyun — Sputnik. Taksi xidmətindən istifadə edən sərnişinlərin sayı iki nəfərdən çox deyilsə, onlar yalnız arxa oturacaqlardan istifadə edərək mənzil başına çatmalıdırlar. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, qurum tərəfindən taksi sürücülərinə bu barədə tapşırıq verilib: "Bəzi sürücülər bizə müraciət edərək bildirirlər ki, bəzən sərnişinlər onlardan ön oturacaqda oturmaq üçün israr edirlər. DANX olaraq isə sərnişinlərə bildirmək istəyirik ki, əgər sərnişin sayı bir, yaxud iki nəfərdirsə, onların ön oturacaqda oturmalarına icazə yoxdur. Biz bununla bağlı taksi sürücülərinə də tapşırıq vermişik. Bu məhdudiyyət qeyri-müəyyən dövrə kimi qüvvədə qalacaq. Taksilərin ön oturacaqlarına bu barədə stikerlər də yapışdırılacaq. Pandemiya dövründə taksilərdə də şəffaf arakəsmə onun üçün yaradılıb ki, sərnişin və sürücü arasındakı izolyasiya qaydalarına əməl olunsun".

N.Allahyarova istisna hallar barədə də söz açıb. O qeyd edib ki, bir ailədən ikidən artıq sərnişin olarsa, tibbi qaydalara əməl edərək onlardan biri öndə əyləşə bilər: "İstisna hal o zaman yarana bilər ki, bir ailədən üç nəfər mütləq şəkildə harasa getməlidirlər. Bəli, bu zaman onlardan iki nəfəri arxada, bir nəfəri isə qabaq oturacaqda əyləşə bilər. Ancaq hər bir sərnişinin əllərində əlcək, üzlərində maska olmalıdır və ünsiyyət sıfıra endirilməlidir".

Əsas mövzular