18:45 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
32 0 0

İşə çıxan əməkdaşlar işə gəlib-getmək üçün portalda qeydiyyatdan keçirilmiş şəxsi nəqliyyat vasitələrindən istifadə edə bilərlər.

BAKI, 13 iyun — Sputnik. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, şəhərlərinin, həmçinin Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejiminin sərtləşdirilməsi barədə qərarına uyğun olaraq "Azərsu" Açıq Səhmdar Cəmiyyəti 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək xüsusi rejimdə fəaliyyət göstərəcək.

Sputnik Azərbaycan "Azərsu" ASC-nin məlumatına istinadla xəbər verir ki, bu tarixlərdə yalnız zəruri istehsal, istismar və xidmət sahələrində çalışanların fəaliyyətinə icazə veriləcək. Bu məqsədlə zəruri və məhdud sayda işçilər müəyyən edilərək elektron icazə portalında (www.icaze.e-gov.az) qeydiyyatdan keçirilib. Xüsusi karantin rejiminin tətbiq edildiyi müddətdə fəaliyyətinə icazə verilən işçilərin iş yerlərinə gediş-gəlişi "Azərsu" ASC-nin xidməti nəqliyyat vasitələri hesabına həyata keçiriləcək. Eyni zamanda, həmin əməkdaşlar işə gəlib-getmək üçün portalda qeydiyatdan keçirilmiş şəxsi nəqliyyat vasitələrindən istifadə edə bilərlər.

Bu günlərdə 955 Zəng mərkəzi fasiləsiz fəaliyyət göstərəcək. Vətəndaşlar su təchizatı, tullantı suları, sayğaclarda yaranan texniki problemlər və digər məsələlərlə bağlı müraciət edə bilərlər. "Azərsu" ASC-nin qəza briqadaları 24 saat fəaliyyət göstərəcək. Smart sayğaclı abonentlərə tövsiyə olunur ki, sayğacların balansını yoxlasınlar və zərurət varsa xüsusi karantin rejimi tətbiq olunanadək balanslarını artırsınlar.

"Azərsu" ASC-nin bütün struktur vahidlərinin rəhbərləri və işçi heyəti xüsusi karantin rejimi dövründə müvafiq dövlət orqanlarının, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyyələrinə ciddi şəkildə əməl etmələri barədə məlumatlandırılıb.

Əsas mövzular