01:28 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
2010

Sərnişin tələbatının ödənilməsi məqsədilə ümumi xətlərə 1900-ə yaxın avtobus buraxılıb ki, bu da ötən ilin yay mövsümü ilə müqayisədə 15-20% artıqdır

BAKI, 8 iyun — Sputnik. Sərt karantin rejiminin tətbiq olunduğu 6-7 iyun 2020-ci il tarixlərində əməkdaşlarının daşınması üçün nəqliyyat xidmətlərinə ehtiyacı olan həyat əhəmiyyətli dövlət müəssisə və təşkilatlarına müvafiq dəstəyin göstərilməsi təmin olunub.

Bakı Nəqliyyatı Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Sputnik Azərbaycan-a  bildirib ki, bu məqsədlə Bakı şəhərinin müxtəlif ərazilərini əhatə edən 13 istiqamət üzrə sərnişindaşımaları icra edilib. Daşımalara ümumilikdə 40-a yaxın avtobus cəlb edilib. Əlavə sayda avtobus və sürücü heyəti isə hazır vəziyyətdə saxlanılıb. "8-iyun səhər saat 06:00-dan isə müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımaları bərpa olunub. Sərnişin tələbatının ödənilməsi məqsədi ilə ümumi xətlərə 1900-ə yaxın avtobus buraxılıb ki, bu da ötən ilin yay mövsümü ilə müqayisədə 15-20% artıqdır. Həmçinin, sosial məsuliyyət nümayiş etdirərək sərt karantin rejimi qaydalarına anlayışla riayət etdiklərinə görə vətəndaşlarımıza təşəkkür edirik. Bir daha sərnişinlərimizə ictimai nəqliyyatdan istifadə edərkən tibbi maskalardan istifadə etmələrini tövsiyə edirik".

Əlaqədar

Sərt karantinə qədər "oxxay" dedirdən məqam: icazə verdilər
Koronavirus əleyhinə daha bir mübarizə metodu - deyin, "pendir..."
Bakıda bu qurumların işçilərinin daşınmasına avtobuslar ayrıldı
Yaman yerdə yox, sürən yerdə "axşamladılar"

Əsas mövzular