16:25 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
CƏMİYYƏT
Qısa URL
2001

Bu gün Bakıda və Abşeron yarımadasında mülayim şimal küləyi əsəcək, havanın temperaturu 25-28 dərəcə isti təşkil edəcək

BAKI, 6 iyun — Sputnik. Sabah Azərbaycan ərazisində gözlənilən hava şəraiti barədə proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 7 iyunda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-29, Bakıda gecə 19-21, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

İyunun 7-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Eyni zamanda faktiki hava durumu da bəlli olub. 

Milli Hidrometeorologiya Xidmətinin iyunun 6-nа olan məlumatına əsasə, əksər rayonlarda şimşək çaxıb, yağış yağıb. Düşən yağıntının miqdarı Qrız, Xınalıqda 13 mm, Şəkidə 11 mm, Xaltanda 6 mm, Qusar, Ağdam, Göytəpə, Kişçayda (Şəki) 4 mm, Oğuz, Tərtərdə 3 mm, Balakən, Göyçay, Bərdə, Quba, Altıağacda 2 mm, Gədəbəy, Göygöl, Mərəzə, Şamaxı, Zaqatala, Maştağada 1 mm olub. İyunun 5-də Tərtər rayonunun Qarağacı kəndinə diametri 1.2-1.5 mm, Tovuz rayonunun Hacıqaya kəndinə, Gədəbəy rayonunun Xarxar, Samanlı və Zəhmət kəndlərinə, Şəki rayonunun cənub hissəsinə xırda dənəli dolu düşüb.

Gecə saatlarında 25 m/s-dək güclənən şimal-qərb küləyi səhər 8:00 radələrindən başlayaraq zəifləyib. Bakıda temperatur iqlim normasından 1 dərəcə yuxarı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22-26, aran rayonlarında 30-35, dağlıq rayonlarda 21-24, Naxçıvan MR-da 32-36 dərəcə isti olub.

Qeyd: Bu gün Bakıda və Abşeron yarımadasında mülayim şimal küləyi əsəcək, havanın temperaturu 25-28 dərəcə isti təşkil edəcək.

Teqlər:
hava proqnozu

Əsas mövzular