CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputatlarımız nöqtəni qoydular: əməl etməsəniz, 100 manatla vidalaşın

© Sputnik / Murad OrujovПрохожие в медицинских масках на улице в Баку, фото из архива
Прохожие в медицинских масках на улице в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Maskadan istifadə etməyən fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat cərimələnəcəklər

BAKI, 2 iyun — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Məcəlləyə edilən yeni əlavəyə görə, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyən edilib.

Əlavəyə görə, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə ediləcəklər.

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcəklər.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Xəbər lenti
0