10:07 14 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
38 0 0

Bundan sonra yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan qeyri-yaşayış obyektlərinin tikinti layihələrinin ekspertizadan keçirilməsi tələb olunmayacaq.

BAKI, 1 iyun — Sputnik. "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları"nda dəyişikliklər edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Dəyişikliyə əsasən, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinin siyahısı artırılıb. Belə ki, bundan sonra yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan qeyri-yaşayış obyektlərinin tikinti layihələrinin ekspertizadan keçirilməsi tələb olunmayacaq.

Eyni zamanda insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən, tikinti sahəsi 1000 kvadratmetrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan anbar binalarının layihələrinin ekspertizadan keçirilməsi tələb olunmayacaq. Qeyd edək ki, aşırım yanaşı yükdaşıyan konstruksiyaların mərkəzi oxları arasında olan məsafədir.

Əsas mövzular