06:21 30 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
42 0 0

Subbakalavrlar DİM-ə müraciət etdikdən sonra onlar haqqında məlumat aidiyyəti təhsil müəssisələrindən alınacaq.

BAKI, 1 iyun — Sputnik. Subbakalavrların ali məktəbə imtahansız qəbul olunması üçün sənəd qəbulu bu gündən başlayacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, subbakalavrlar DİM-ə müraciət etdikdən sonra onlar haqqında məlumat aidiyyəti təhsil müəssisələrindən alınacaq: "Onlar imtahansız qəbulla yanaşı, abituriyent kimi ərizə verib, imtahanda da iştirak edə bilərlər. Onlar imtahansız müraciət etdikdə müsabiqəyə buraxılmaq üçün minimal bal hesablanacaq. Amma imtahanda abituriyent kimi iştirak edərlərsə, yüksək bal toplaya bilər və daha yaxşı yerə qəbul oluna bilərlər”.

Əsas mövzular