CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İyunun ortasında 2400 azərbaycanlını sadəcə küçəyə ata bilərlər

© AFP 2023 / OZAN KOSEЛюди на улицах Стамбула
Люди на улицах Стамбула - Sputnik Azərbaycan
Abunə olmaq
Komitə sədri bildirib ki, iyunun 15-də Türkiyədə tədris başa çatır: "Tələbələr iyunun 15-də istər özəl, istərsə də dövlət yataqxanalarından çıxmağa məcbur olacaqlar"

BAKI, 31 may — Sputnik. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin bu gün keçirilən plenar iclasında Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin ölkəyə qayıtması məsələsindən danışıb.

Sputnik Azərbaycan-ın nəlumatına görə, komitə sədri bildirib ki, iyunun 15-də Türkiyədə tədris başa çatır: "Tələbələr iyunun 15-də istər özəl, istərsə də dövlət yataqxanalarından çıxmağa məcbur olacaqlar. Təxminən 2400 nəfər qeydiyyatdan keçib və onların qayıtması zəruridir. Onların iyunun 15-dən sonra harada qalacaqları bilinmir. Bu ailələrin əksəriyyəti uşaqlarının biletlərini almağa da razıdırlar. İyunun 15-nə qədər çarter reyslərlə bu uşaqların ölkəmizə geri qaytarılmasına şərait yaradılmalıdır. Aidiyyəti qurumlardan bu məsələni diqqətə almağı xahiş edirəm".

Milli Məclisin deputatı Hikmət Məmmədov da xaricdə təhsil alan azərbaycanlı tələbələrin iyun ayı ərzində ölkəyə gətirilməsini təklif edib. O bildirib ki, xaricdə tədrisin təxirə salınması ilə əlaqədar tələbə yataqxanalarının fəaliyyətini dayandırması səbəbindən tələbələr çətinliklə üzləşə bilərlər: "Bu baxımdan tələbələrin çarter reysləri vasitəsilə ölkəmizə gətirilməsi aktualdır". 

Xəbər lenti
0