02:06 13 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
65810

Ölkə başçısının sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı tapşırığı var. Ancaq hazırda müvafiq qurum torpaqların təyinatı fərqli olduğu üçün bu işi apara bilmir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 24 may — Sputnik. Nazirlər Kabineti "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nda dəyişiklik edib.

Qaydaların 5.2-ci bəndində qeyd edilib ki, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi barədə qəbul edilmiş qərar kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə bağlı olduqda, bu barədə zəruri məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"yə uyğun olaraq, "Elektron kənd təsərrüfatı" informasiya sisteminə daxil edilir".

Xatırladaq ki, ölkədə 500 mindən çox sənədsiz ev var. Və bu evlərin çox hissəsi kənd təsərrüfatı təyinatlı ərazilərdə yerləşir.

Mütəxəssislər müvafiq qərarın sənədsiz evlərin sənədləşdirilməsi üçün verildiyini ehtimal edirlər.

"MBA Konsaltinq və Qiymətləndirmə" şirkətinin rəhbəri Nüsrət İbrahimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, uzun müddətdir ki, sənədsiz evlərin sənədləşdirilməsi istiqamətində müvafiq icra hakimiyyətləri bu məsələ üzərində işləyirdi:

"Nazirlər Kabinetində ərazilər və tikilən obyektlər haqqında bütün məlumatlar var idi. Obyektlərin qanuni və ya qeyri-qanuni olması barədə bütün məlumatlar toplanmışdı. Sərəncama düşən ərazilərdə yerləşən qeyri-qanuni evlərin sənədləşdirilməsi aparılacaq. Sərəncamdan kənarda qalan qeyri-qanuni evlər haqqında isə dövlət müvafiq qərar verəcək".

Ekspert vurğulayıb ki, hazırda sərəncama hansı ərazilərin düşəcəyi məlum deyil.

Böyük amnistiya nə verəcək? Hamı çıxış yolu axtarır, atılacaq addım isə bəlli deyil>>

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a bildirib ki, bu gün Binəqədi, Məhəmmədi, Masazır, Xırdalanda və s. yerlərdə elə ərazilər var ki, orada fərdi evlərin tikilməsi nəzərdə tutulmur. Bu ərazilər kənd təsərrüfatı təyinatlı ərazilərdir. Orada yaşayış obyektləri tikmək olmaz.

"Ancaq bu gün biz müşahidə etsək, görərik ki, yeni salınmış qəsəbələrin çoxunun torpağı kənd təsərrüfatı təyinatlıdır. Sevil massivi, Yeni Bakı, Qurtuluş 93 və s. bu kimi yaşayış məntəqələri var ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilib. Həmin ərazilərdə 10 minlərlə ev var. Onlar sökülə bilməz. Bu səbəbdən də, torpaqların təyinatının dəyişdirilməsi zəruri hal alır", - deyə ekspert vurğulayıb.

Ekspert vurğulayıb ki, sənədsiz evlərin çıxarışla təmin edilməsi üçün torpaqlaırn təyinatı dəyişdirilməlidir: "Ölkə başçısının sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı tapşırığı var. Ancaq hazırda müvafiq qurum torpaqların təyinatı fərqli olduğu üçün bu işi apara bilmir. Hesab edirəm ki, bu qərar prosesin asanlaşdırılması ilə nəticələnəcək".

Əlaqədar

Sənədsiz evlər problemi yaranıb - O kağız olmasa, hüququnuz da olmayacaq
Bundan sonra daşı-daş üstə qoya bilməyəcəklər
Həm vətəndaş itirib, həm də dövlət – Amma artıq qarşısı alınacaq
Neft ərazisində tikilən evlər: Sənəd verilə də bilər, verilməyə də
Tet-a-tet alınmır: Koronavirus illərdir daşa dirənən problemi bir az da yubadacaq

Əsas mövzular