13:35 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
368 0 0

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov: "Sonrakı ayda hansı proseslər olacaq, biz bunu indidən deyə bilmərik".

BAKI, 18 may — Sputnik. "Bugünkü statistikaya əsasən deyə bilərik ki, iyun-iyul aylarında toyların keçirilməsi nəzərdə tutulmayıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib. O qeyd edib ki, bu indiki vəziyyətə əsasən deyilən fikirdir: "Sonrakı ayda hansı proseslər olacaq, biz bunu indidən deyə bilmərik".

Qeyd edək ki, keçirilən brifinqdə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva, Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev iştirak edir.

Əsas mövzular